İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC 2023-cü ili 641 min manat xalis mənfəətlə başa vurub. 2022-ci ildə MMC-nin mənfəəti 798 min manat olub ki, bu da illik müqayisədə 20% azalmadır.
Banker.az bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il “İstehlak Mallarının Ekspertizası Mərkəzinin cəmi əməliyyat gəlirləri 5 milyon 781 min manat (əvvəlki ilə nisbətən 8.5% çox), cəmi əməliyyat xərcləri 4 milyon 946 min manat (15.5% çox) təşkil edib.
Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanının 10-cu bəndinə əsasən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyinə keçirilməsi barədə göstəriş verilib.