“Qurman Plyus” MMC-nin Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciəti əsasında istehlaka yararsız və istifadə müddəti bitmiş, 18 657.36 kq müxtəlif növ ət və süd məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.