14 C
Baku
Saturday, November 23, 2024

İstehlaka yararsız 30 ton qida məhsulu məhv edildi

“Sun Food” MMC-nin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciəti əsasında istifadə müddəti bitmiş və istehlaka yararsız ümumi çəkisi 29,624.3 kq müxtəlif növ qida məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda AQTA əməkdaşlarının iştirakı ilə məhv edilib.

Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.

Agentlikdən bildirilir ki, AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir.

Son xəbərlər
Digər xəbərlər