İstehlakçılar aldığı malda qüsur aşkar etdikdə hansı hüquqlara malikdir?
Banker.az “vergilər.az”a istinadən xəbər verir ki, istehlakçı aldığı malın zəmanət müddəti ərzində malda hər hansı qüsur aşkar edərsə öz istəyinə görə satıcadan və ya istehsalçıdan həmin məhsulu lazımı keyfiyyətli digər mala dəyişdirməyi, satış qiymətini uyğun məbləğdə azaltmağı, malın qüsurlarını satıcının və ya istehsalçının hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini, malın həmin mala uyğun digər modelli markalı tipli və s. mal ilə dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini və ya müqavilənin ləğv edilməsini və çəkdiyin zərərin ödənilməsini tələb etmək hüququna malikdir.
Satıcı və ya icracı istehlakçıdan lazımı keyfiyyəti olmayan malı geri götürməyə və istehlakçının qeyd edilən tələblərini yerinə yetirməyə borcludur.