14 C
Baku
Sunday, November 24, 2024

İstehlakçılara 448 mln. manat ƏDV geri qaytarılıb

Azərbaycanda “ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan bu il avqustun 1-nə qədər edvgerial.az portalında qeydiyyatdan keçmiş istehlakçılara 1 milyarddan çox kassa çeki üzrə 448.2 milyon manat, bu ilin yanvar-iyul aylarında isə 86.7 milyon manat ƏDV məbləği geri qaytarılıb.

Bu barədə iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, bu günə qədər alınmış mallara görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üçün www.edvgerial.az portalında 2.3 milyona yaxın istifadəçi qeydə alınıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər