12 C
Baku
Saturday, November 23, 2024

İstehlakçılara bu il 126.6 milyon manat ƏDV məbləği geri qaytarılıb

2023-cü ilin 10 ayı ərzində fiziki şəxs olan istehlakçılar tərəfindən ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsullarının, avtomobillərin, alkoqollu içkilərin və tütün məmulatların satışı istisna olmaqla) və göstərilən xidmətlərə görə ödənilmiş ƏDV-nin 126,6 milyon manatı istehlakçılara qaytarılıb.

Qeyd edək ki, ƏDV-nin müəyyən hissəsinin qaytarılması zamanı bir sıra məqamlara diqqət yetirilməlidir. İlk növbədə, istehlakçı – fiziki şəxs, satıcı və ya xidmət göstərən tərəf isə ƏDV ödəyicisi olmalıdır. Digər məqamlar satıcının yeni nəsil kassa aparatlarından istifadə etməsi, satılan malın isə ƏDV-yə cəlb olunmasıdır.

Çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 17,5 faizi, nağd ödənişlər üzrə 5 faizi müvəkkil bank tərəfindən alıcının elektron kabinet açılarkən yaradılan virtual “pul qabı”na yerləşdirilir.

Son xəbərlər
Digər xəbərlər