27 C
Baku
Thursday, July 18, 2024

İstehlakçıların kommunal sayğaclarla təchizatı necə həyata keçirilməlidir?

Fiziki şəxs olan istehlakçıların su, qaz və elektrik enerjisinin alqı-satqısı və onlardan istifadə üçün sayğaclarla təchiz edilməsi necə həyata keçirilir?

Banker.az “vergilər.az”a istinadən xəbər verir ki, su, qaz və elektrik enerjisinin alqı-satqısı təchizatçılarla bilavasitə istehlakçılar arasında bağlanmış müqavilələr əsasında həyata keçirilir.

Həmin müqavilələrin bağlanması zamanı üçüncü şəxslər, o cümlədən  binaların mülkiyyətçiləri, yaxud idarəetməni həyata keçirən şəxslər təsərrüfat cəmiyyətləri, mənzil tikinti korperativləri, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətləri və s. hər hansı formada iştirak etmirlər.

Fiziki şəxs olan istehlakçıların su, qaz və elektrik enerjisindən istifadə üçün sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi, müvafiq olaraq  təchizatçı müəssələrin vəsaiti hesabına təmin edilir və onlardan təchizatçı müəssə və ya binaların mülkiyyətçiləri, o cümlədən idarə etməni həyatakeçirən şəxslər tərəfindən sayğacların dəyərinin tələb edilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır.

İstehlakçılar təchizatçı müəsssələrlə müqavilələrin bağlanması və yaşayış ünvanının sayğaclarla təchiz edilməsi üçün mülkiyyət sənədləri ilə birlikdə asan xidmət və ya asan komunal mərkəzlərinə müraciər edə bilərlər.

Son xəbərlər
Digər xəbərlər