7 C
Baku
Wednesday, January 14, 2026

Təyinat. İstehsalat, maliyyə, avtomobil satışı və tekstil şirkətlərinin sahibinə yeni rəhbər gəlib

Azərbaycanda 8 şirkətə sahib olan “Modern” Şirkətlər Qrupuna yeni rəhbər təyin edilib.

Banker.az saytının məlumatına görə, Mehman Veysəlov İdarə Heyətinə sədr təyin edilib.

Buna qədər isə bu vəzifəni Anar Bayramov tuturdu və cari ilin noyabrında bu vəzifədən istefa verərək, “Modern” Şirkətlər Qrupuna məxsus digər təşkilat – “Az-Granata” MMC-yə rəhbər getmişdi.

Mehman Veysəlov artıq vəzifəsinin icrasına dekabrdan başlayıb.

Veysəlov buna qədər “KPMG Azerbaijan” audit şirkəti, “Ceylan” MMC və bir neçə audit və konsultant sahəsi üzrə fəaliyyət göstərən sahələrdə müxtəlif yüksək vəzifələrdə çalışıb.

Bildirək ki, 2011-ci ildə yaradılan “Modern” Şirkətlər Qrupunun kurasiyasında “Modenis” MMC (hansl ki, eManat ödəmə terminalının sahibidir), “Az-Granata” MMC, “Modern Hospital” MMC, “Great Motors” MMC, Alyans Tekstil və “Ağsu Aqropark” MMC kimi şirkətlər daxildir.

 

Son xəbərlər
Digər xəbərlər