1 C
Baku
Saturday, December 14, 2024

İstehsalat marketinqinin əsas prinsipləri

Əlçatanlıq və aşağı dəyər. İstehsalat marketinqinə aid olan istənilən məhsul geniş kütlə üçün əlçatan olmalıdır. Biz bunun demək olar ki, həyatın bir çox sahələrində qarşılaşa bilərik. Bunu bir növ “əhali üçün məhsullar” adlandıra bilərik. Hər bir sahədə heç olmasa bir belə məhsul mövcuddur. Məsələn, Volksvagen avtomobilləri. Bu markanın hətta ən yeni modelləri sırasında belə digər markalarla müqayisədə ucuz avtomobillərə rast gəlmək mümkündür. Lakin əlçatanlıq tək aşağı qiymət deyil, həm də lazımi məhsulu bazarda asanlıqla tapmaq imkanıdır.

Qiymət keyfiyyətdən önəmlidir. Hər bir istehsalçı öz məhsulunun keyfiyyətinə nəzarət etməlidir. Lakin əsas olan qiymətdir. Buna görə də, məhsulunuzun reputasiyasını yüksəltmək gedişində imkan verməyin ki, məhsulunuz ucuz mallar cərgəsindən, orta qiymətli mallar cərgəsinə keçsin. Lakin bununla yanaşı, alıcı ödədiyi qiymətlə yüksək keyfiyyət tələb edə bilməyəcəyini də yaxşı başa düşməlidir.

Marketinqin istehsalat konsepsiyası iqtisadi tənəzzül və maliyyə böhranı zamanı çox aktualdır. Bu zaman insanlar qənaət etməyə və daha ucuz məhsullar əldə etməyə çalışır. Lakin iqtisadiyyatın vəziyyəti yaxşı olduqda belə, ucuz mallar almağa üstünlük verən insan kateqoriyasına da rast gəlmək olar.

Bu zaman belə bir sual yaranır: Bu kateqoriyaya aid olan məhsulların dəyərini aşağı edən nədir? Aşağı qiymət əsasən ucuz xammal və ucuz işçi qüvvəsi sayəsində formalaşır. Bunu türk və çin geyimlərinin bütün Avropaya yayılmasından da görə bilərik.

Reklama gəldikdə isə burada iki variant ola bilər. Birincisi – reklamdan ümumiyyətlə imtina etmək və müştərinin özünün sizin məhsulu seçməsinə ümid bəsləməkdir. Bu yalnız məhsulunuzun öz kateqoriyasında rəqibinin az olduğu halda işə yarayacaq.

İkinci variant isə reklama çox pul xərcləməkdir.  Bu reklam zamanı isə əsas olaraq diqqəti ucuz qiymətlərə yönəltməkdir.

Son xəbərlər
Digər xəbərlər