“Mətanət A” şirkəti İstehsalat Müdiri vakansiyanı elan edir.
İşin təsviri:
İstehsalat işçilərinə rəhbərlik edir;
Verilən tapşırıqlara əsasən iş bölgüsünü təşkil edir;
Müəssisənin sifarişçi, tədarükçü və digər formada məsuliyyət daşıdığı orqanlar qarşısında məsuliyyətinin vaxtlı-vaxtında və səmərəli icrası üçün fəaliyyət bölgüsü və istehsal planının yerinə-yetirilməsinə nəzarət etmək;
Avadanlığın və digər əsas vəsaitlərin düzgün istismar qaydalarına riayət edilməsi, onların təmiri və profilaktik xidmətinə nəzarət;
İşçilərə əməyin təhlükəsizliyi və təhlükəsizlik texnikasına riayət etmələrinə nəzarət;
Sexdə işin səmərəliliyi və faydalı iş əmsalını artırmalı;
Məhsulun istehsalı və qablaşmasına daim ciddi nəzarət etməli;
Seçilmiş işçilərin mükafatlandırılması üzrə təkliflər vermək, istehsal və əmək intizamını pozanlara qarşı intizam tənbehi vermək.
Əmək haqqı: Razılaşma yolu ilə
Tələblər:
Təhsil: Ali (bakalavr);
Yaş həddi: 30-50;
Kompüter biliyi: MS Office (Word, Excel);1C;
Dillər: Azərbaycan dili;
İstehsalat sahəsində ən azından 5 il iş təcrübəsi.
Şəxsi keyfiyyətləri:
Fikrini izah etmək qabliyyəti;
Ünsiyyət yaratmaq bacarığı;
İşə planlı yanaşması;
Fəal olması;
Analitik düşünmə və analiz qabiliyyətinin olması,işinə vicdanla yanaşan, dəqiq və dürüst olması tələb olunur.
Qeyd:
İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər;
Bu sahələr üçün ANKET FORMASI-nı doldurub [email protected] ünvanına göndərin (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).