21.7 C
Baku
Şənbə, Sentyabr 18, 2021

İstehsalı artırmaqla, xaricə satışı 92% artdı

Screen Shot 2021 09 02 at 14.34.20

Azərbaycan istehsalı böyüdüb və xaricə (100%-i Gürcüstana satılır) sement klinkeri ixracını kəskin artırır. İstehsal edilmiş tikinti məhsulunun 17%-i xaricə yönəldilib.

Banker.az rəsmi göstəricilərə istinadən xəbər verir ki, ölkədə 1 471.5 min ton sement klinkeri istehsal edib. Bu da öncəki ilkin eyni dövrü ilə müqayisədə 4.5 faiz artmışdır.

2021-ci ilin birinci yarısında Azərbaycanda xaricə 250.99 min ton həcmində sement klinkeri ixrac edib. Bu da 2020-ci ilin müvafiq dövrü ilə nisbətdə 92 faizlik artım deməkdir.

Öncəki ilin müvafiq dövründə cəmi 130.67 min ton həcmində sementin hazırlanması üçün bu məhsul ixrac edilmişdir.

Klinker sement istehsalı sırasında bişmiş gil və əhəng daşının birləşməsindən ibarət olan iri dənəli məhsuldur.

Azərbaycan 2021-ci ilin yanvar-iyun aylarında bu sement klinkerinin ixracına görə cəmi 8.73 milyon dollar valyuta əldə edib.

İxrac əməliyyatlarında mənfi xəbər də var. Məsələn, Azərbaycan 2020-ci ildə ixrac etdiyi bu tikinti materialının hər tonuna görə 35.1 dollara ixrac etdiyi halda, bu rəqəm 2021-ci ildə 34.8 dollar valyuta əldə etmişdir. Bu da o deməkdir ki, qiyməti 0.8 faiz ucuzlaşması deməkdir.

 

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər