18 C
Baku
Sunday, September 8, 2024

İstehsalı dayandırdı, səhmləri 4% ucuzlaşdı

“Subaru” şirkətinin Yaponiyada yerləşən avtomobil yığma kompleksində (60% avtomobil buraxılışı buranın payına düşür) 16 yanvardan istehsal dayandırılıb.

Banker.az “Finans.az”-a istinadən xəbər verir ki, bu adımın atılmasına səbəb sükan gücləndiricisində ciddi defektin aşkarlanmasıdır.

Şirkət istehsalın nə zaman bərpa olunacaqını demir. Bu vaxt ərzində istehsal olunmayan avtomobil sayı 10 min ədədi keçib, bu isə öz növbəsində alıcıların avtomobillərlə təchizatında özünü göstərməyə başlayıb.

Bu xəbərlər fonunda şirkətin səhmləri 4% ucuzlaşıb.

Son xəbərlər
Digər xəbərlər