16 C
Baku
Saturday, November 26, 2022

İstifadəyə yararsız və etiket məlumatlarına uyğun olmayan preparatların siyahısı açıqlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi ilə birgə keçirilən monitorinqlər çərçivəsində indiyə kimi 185 pestisid və aqrokimyəvi maddələrin satış yerinə baxış keçirilib. Bu obyektlərdən 60-ı pestisid, 104-ü aqrokimyəvi maddə olmaqla, ümumilikdə 164 nümunə götürülərək, keyfiyyət göstəricilərinin yoxlanılması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyasına göndərilib.

Nəzarət tədbirləri çərçivəsində tərkibinin etiketindəki göstəricilərlə uyğun olmadığı, istifadə müddəti bitmiş, qeydiyyatdan keçməmiş pestisid və aqrokimyəvi maddələr aşkarlanıb. Belə ki, yoxlamalar zamanı 124 preparatın 6-nın tərkibinin etiketindəki göstəricilərlə uyğun olmadığı müəyyən edilib. Digər 40 nümunənin analizi isə davam edir.

Banker.az AQTA-ya istinadən, etiket məlumatlarına uyğun olmayan pestisid və aqrokimyəvi maddələrin siyahısını təqdim edir:

Sınaq nəticələri uyğunsuz olan preparatlarla bağlı məlumat cədvəli
Preparatın adı İstehsalçı ölkə İstehsalçı şirkət Sınaq aparılan parametr Sınaq nəticəsi Etiket məlumatı
Strong-K Türkiyə Respublikası Makro Tarım İnş.Taah. Tur.Paz.San.Tic.Ltd.Şti. Üzvi maddənin miqdarı 24,4.% 40%
Hydroponica potassium sulphate Türkiyə Respublikası “Doktor Tarsa Tarım Sanayi ve Ticaret A.Ş.” Kalium oksid 37,8.% 51%
YARA TERA CALCINIT Finlandiya Respublikası Yara Suomi Oy Nitrat azotu 7,7.% 14%
Supermetrin N-25% EC İordaniya Haşimi Krallığı VAPCO Cypermetrin 114,5 g/L 250 g/L
Tilt 25 EC İsveçrə Konfederasiyası “Syngenta Agro AG” Propiconazole Aşkar edilmədi 250 g/L
Negaban 4 Hindistan Respublikası “Modern İnsecticides Ltd” Chlorpyrifos-ethyl Aşkar edilmədi 480 g/L

 

Həyata keçirilən monitorinqlər zamanı Bakı, Şəki, Salyan, Lənkəran, Tovuz, Gəncə və Bərdə regional bölmələri tərəfindən pestisid və aqrokimyəvi maddələrin satış yerlərində ümumilikdə 124 adda (417,85 L və 404,6 kq pestisid, 24486,9 L və 3014 kq aqrokimyəvi maddə) istifadə müddəti bitmiş preparatlar müəyyən edilib.

İstifadə müddəti bitmiş preparatların aşkar edildiyi subyektlər barədə məlumat cədvəli
Subyektin adı Subyektin ünvanı
1 Qəhrəmanov Sərxan Azər oğlu Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəs., Sahil küçəsi 23B
2 Şanı Bitki Mühafizəsi Bakı şəhəri, Sabunçu rayonu, Maştağa -Buzovna yolu
3 Mirzəyev Surəddin Əbdüləli oğlu Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi
4 Məmmədov Fariz İlyas oğlu Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi
5 Quliyev Əbilfəz Baba oğlu Bakı şəhəri, Sabunçu rayonu, Maştağa ştq
6 “EMA” QSC-nin Şəki satış yeri Şəki şəhəri, Oğuz şosesi
7 Məmmədova Gülzar “Zaqatala Bazar” ASC-2, V.İsmayılov küçəsi
8 Qurbanov Etibar “Balakən Bazar” ASC, S.Gözəlov küçəsi
9 Ceyhun Dadayev Balakən şəhəri, H.Əliyev prospekti
10 Əhmədov Seyfulla Ramazan oğlu Salyan rayonu, Qaraçala ŞTQ, Arx-arası kəndi
11 Məmmədov Sübhan Hüseynqulu oğlu Salyan rayonu, Qaraçala kəndi
12 Hüseynzadə Hüseyn Elxan oğlu Samux rayonu, Samux şəhəri, N.Nərimanov küçəsi
13 İsmayılov Vahid Rəşid oğlu Gəncə şəhəri, “Qrand Qafqaz” ticarət mərkəzi
14 Məmmədova Zahirə Cəmil qızı Gəncə şəhəri, “Qrand Qafqaz” ticarət mərkəzi
15 Nuriyev Vahid Qurban oğlu Samux rayonu, Qarayeri qəsəbəsi
16 Rüstəmov Elşən Tağı oğlu Gəncə şəhəri, Tağı-Arani küç., Kimyaçılar küçəsinin kəsişməsi
17 Məmmədov Bayram İbrahimxalil Gəncə şəhəri, Tağı-Arani küç., döngə 1
18 Mirzəyev Faiq Mirzə oğlu Gəncə şəhəri, Tağı-Arani küç., döngə 1
19 Rüstəmov Şahin İbrahim oğlu Gəncə şəhəri, Tağı-Arani küç., döngə 1, “Gəncə Abad” ticarət mərkəzi
20 Həsənov Mirdaməd Əli oğlu Gəncə şəhəri, Gəncə Avtomobil Bazar Kompleksi
21 Abbasov Arif Nüsrət oğlu Gəncə şəhəri, Tağı-Arani küç., döngə 1, “Gəncə Abad” ticarət mərkəzi
22 Şəbiyev Rövşən Mirhüseyn oğlu Cəlilabad şəhəri, Cavadxan küçəsi
23 Aslanov Ənvər Əvəz oğlu Cəlilabad rayonu, Uzuntəpə kəndi
24 Hüseynov Ramid Xudaverdi oğlu Şəmkir rayonu, Qədimqala kəndi
25 Nağızadə Tural Rövşən oğlu Şəmkir rayonu, Keçili kəndi
26 Nəbiyev Elnur Knyaz oğlu Qazax rayonu, Dağkəsəmən kəndi
27 Rəhimov Zərdabi Tağı oğlu Ağstafa rayonu, Ağstafa şəhəri, Azadlıq küçəsi
28 Həsənov Elmar Aslan oğlu Tovuz rayonu, Aşağı-Quşçu kəndi
29 Məmmədov Rəhman Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsi
30 Məmmədova Aytac Mehman qızı Abşeron rayonu, Novxanı qəsəbəsi
31 GREEN MART Göyçay şəhəri, Natavan küçəsi 49
32 Behbudov Rövşən Ziyafəddin oğlu Göyçay şəhəri, Natavan küçəsi 49
33 İsmayılov İntiqam Ağahüseyn oğlu Göyçay rayonu, bazar
34 Zamanov Elbrus Kürdəmir rayonu, Babək prospekti
35 Pirmuradov Ulfan Zəbiyulla oğlu Xudat şəhəri, Kənd Xudat kəndi
36 Məmmədov Mais Əflatun oğlu Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi
37 “Kin Aqrofert” MMC Quba rayonu, Bağbanlı kəndi
38 Gülzari Rövşən Cəbrayıl oğlu Xaçmaz şəhəri, Bakı prospekti
39 Qəribov Abgül Mirələm oğlu Quba rayonu, Alekseyev kəndi
40 Əhmədov Ramil Alim oğlu Xaçmaz rayonu, bazar ərazisi
41 Haxtari Elnur Sabir oğlu Quba şəhəri, H.Əliyev prospekti

 

Eyni zamanda Şəki, Gəncə və Bərdə regional bölmələri tərəfindən keçirilən monitorinqlər zamanı 11 pestisid və aqrokimyəvi maddələrin satış yerində 9-u pestisid, 3-ü aqrokimyəvi maddə olmaqla, 12 adda qeydiyyatdan keçməmiş preparatlar aşkar edilib.

Qeydiyyatdan keçməyən pestisid və aqrokimyəvi maddələr aşağıdakılardır:

1. İran İslam Respublikasının “Zarpashimi Cova” şirkətinin istehsalı olan “VALUE PACK”;

2. Türkiyə Respublikasının “Doğal Tarım” şirkətinin istehsalı olan “Sperpon combi”;

3. Türkiyə Respublikasının “Doğal Kimya” şirkətinin istehsalı olan “Vinifill 24 EC”;

4. Türkiyə Respublikasının “Pileryum Tarım” şirkətini istehsalı olan “Piler Thiram”;

5. Hindistan Respublikasının “Modern İnsecticides LTD” şirkətinin istehsalı olan “Negaban”;

6. Almaniya Federativ Respublikasının istehsalı olan “Topez 10% EC”;

7. İran İslam Respublikasının “Astranova” şirkətinin istehsalı olan “Bordeaux Fix”;

8. Türkiyə Respublikasının “Tarkım” şirkətinin istehsalı olan “Efdal Pirinos”;

9. Türkiyə Respublikasının “Kimya Tarımcılar” şirkətinin istehsalı olan “Fully Combi”;

10. Türkiyə Respublikasının “Pileryum Tarım” şirkətini istehsalı olan “Piler İron”;

11. Türkiyə Respublikasının “Lorem” şirkətini istehsalı olan “Lorem 10.48.10+TE”;

12. İordaniya Haşimi Krallığının “Vapco” şirkətinin istehsalı olan “Supermetrin N-25% EC”.

Sınaq nəticəsi uyğunsuz çıxan preparatlar dövriyyədən çıxarılaraq möhürlənib və sahibkarlar onların toxunulmazlığının təmin edilməsi ilə əlaqədar təlimatlandırılıblar. İstifadəyə yararsız hesab olunan preparatların zərərsizləşdirilməsi və ya məhv edilməsi ilə bağlı Agentlik tərəfindən müvafiq qərar qəbul ediləcək.

İstifadəyə yararsız, qeydiyyatdan keçməmiş və etiket məlumatlarına uyğun olmayan pestisid və aqrokimyəvi maddələrin fermer təsərrüfatları tərəfindən istifadəsi həmin təsərrüfatlarda gözlənilən nəticələrin əldə olunmamasına gətirib çıxarır ki, bu da fermerlərin haqlı narazılığına səbəb olur.

AQTA adıçəkilən pestisid və aqrokimyəvi maddələrin satışının qanunazidd olduğunu bildirir və fermerləri sınaqdan keçməmiş, istifadə müddəti bitmiş, qeydiyyatsız preparatları təsərrüfatlarda istifadə etməməyə çağırır.

Son xəbərlər
Digər xəbərlər
X