9 C
Baku
Thursday, December 12, 2024

İstifadəçilər hələ də online bankçılığa etibar etmir – Araşdırma

Böyük Britaniyada həyata keçirilən Lithium Technologies araşdırmasının nəticələrinə görə, müştərilərin 58%-i bank əməkdaşları ilə birbaşa, canlı şəkildə ünsiyyət qurmağa üstünlük verir və onları daha etibarlı məlumat mənbəyi hesab edir.

Britaniyalı istifadəçilərin yalnız dörddə biri online əldə etdikləri bank məlumatlarına etibar edir. Lakin bununla belə, britaniyalıların 62%-i rəqəmsal bankçılıqdan yararlanır. Araşdırma sübut edir ki, britaniyalılar rəqəmsal bankçılığa qarşı müsbət rəyə sahib olsalar da, əldə edilən təcrübə onların gözləntilərini doğrultmur.

Eyni zamanda, istifadəçilərin 58%-i ənənəvi bankçılığı ən etibarlı bankçılıq hesab edir. Bu göstərici rəqəmsal bankçılıqda 23%, mobil bankçılıqda isə 10%-dir.

 

Son xəbərlər
Digər xəbərlər