20 C
Baku
Thursday, May 2, 2024

İstifadəçilərin ən çox razı qaldığı Android-lər açıqlanıb – Siyahı

“AnTuTu” bençmarkının tərtibatçıları istifadəçilərin rəyləri əsasında ən yaxşı Android smartfonlarının noyabr seçimini dərc ediblər.

Noyabrda 96.77% müsbət rəy toplayan qatlanan smartfon Honor Magic V2 artıq üç aydır ki, birinci yerdədir. Ekspertlər qeyd edirlər ki, Honor Magic V2 həqiqətən də incə korpusu və “yüngül dizaynı” sayəsində birinci yerə layiqdir.

Reytinqdə ikinci yerdə Snapdragon 8 Gen 3 çipinə malik ilk və yeganə cihaz olan iQOO 12 Pro (96.06%) qərarlaşıb. Ötən ay ikinci pilləni tutan Samsung S23 Ultra 95.68%-lə üçüncü yerə düşüb.

Ən yaxşılar sıyahısına həmçinin Xiaomi Mix Fold 3 (94.29%), Vivo X100 (94.13%), iQOO 12 (94.11%), Meizu 20 Pro (94.02%), Realme GT5 (93.36%), Vivo X90 Pro+ (92.56%) və Samsung Galaxy S23 (92.5%) daxildir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər