24 C
Baku
Saturday, June 29, 2024

İstifadəçinin sifətindən musiqi yaradan sayt quruldu

Yaponiyalı tərtibatçılar öz şəklini sayta yükləyərək, sifətin necə “musiqi ifa etdiyini” dinləməyin mümkün olduğu saytı işə salıblar.

“Gazeta.ru” saytının məlumatına görə, bu sayt uzun müddət mövcud idi, amma xüsusi populyarlığa malik deyildi. Sayta “Reddit” resursunun istifadəçiləri nəzər yetirdikdən sonra internetdə fəal müzakirələrə səbəb olub.

“IPSA Face Melody” adlanan servis sifət cizgilərini təhlil edir və bundan sonra unikal musiqi kompozisiyası yaradır. Bəzi istifadəçilər daha irəli getməyi qərara alıblar və tanınmış şəxsiyyətlərin şəkillərini yükləməyə başlayıblar. Xüsusilə də forumun ziyarətçiləri İosif Stalinin və Adolf Hitlerin sifətləri tərəfindən yaradılan kompozisiyaları bölüşüblər.

Lent.az

Son xəbərlər
Digər xəbərlər