Banker.az monitorinq qrupu olaraq dəfələrlə bank kartları haqqında fərqli formatda araşdırmaları Sizlərə təqdim etmişik. Bu dəfə də bank kartlarının maraqlı bir funksiyası haqqında danışacağıq. Hansı ki, bu funksiya bankların müştərilərinə təqdim etdiyi “loyallıq proqramı” çərçivəsində təqdim edilir və istifadəçilərinə hətta kartdan istifadə etmədikləri təqdirdə belə əlavə gəlir qazandırır. Haqqında danışacağımız funksiya kart hesabında qalıq vəsaitə faiz hesablanması funksiyasıdır və Biz bunu qısaca “depozit funksiyası” adlandırırıq. Xatırlayırsınızsa bir neçə həftə öncə kartların “cash – back” funksiyası haqqında Sizlərə detallı məlumatları təqdim etmişdik. “Cash – back” funksiyası kart istifadəçisinə kartdan dövriyyə etdiyi təqdirdə əlavə gəlir qazandırır. “Depozit funksiyası” isə bu prosesin əksinə kart hesabında sabit qalan vəsaitə gəlir qazandırır. Araşdırma nəticəsində məlumuz oldu ki, “Depozit funksiyası”nı öz kartlarında təqdim edən Banklar bir neçə hal istisna olmaqla elə “cash – back” funksiyasını təqdim edən banklardan başqası deyil. Məlumatlar müqayisəli xarakterdə olduğu üçün biz təhlilin nəticəsini sizə cədvəl şəklində təqdim edəcəyik. Bu isə Sizlərə kart seçən zaman özünüzə daha sərfəli olan kartı seçməyə kömək edəcək.
Bank | Kart | Hansı valyutalara faiz hesablanır? | Faiz hesablanması üçün minimal məbləğ tələbi | Faizlərin hesaba yüklənməsi | Faiz dərəcəsi |
Bank of Baku | Bolkart Debet | Yalnız AZN | 100 AZN | Gündəlik | İllik 5% |
Unibank | Albalı + Debet
Albalı + Kredit |
AZN və USD | Tələb yoxdur | Ayda bir dəfə | AZN – illik 3%
USD – illik 0.3% |
Expressbank | Expresso | Yalnız AZN | 100 AZN | Ayda bir dəfə | İllik 3% |
Rabitə Bank | Kartmane
(Debet) |
AZN və USD | 100 AZN/USD | Gündəlik | AZN valyutası üzrə
1 – 3 ay – 2% 3 – 6 ay – 3% 6 – 9 ay – 4% 9 – 12 ay – 5% 12 – 24 ay – 6% USD valyutası üzrə 9 aya qədər – 0.5% 9 – 24 ay – 1% |
AccessBank | myCard
(Debet) |
AZN və USD | 500 AZN/USD | Ayda bir dəfə | myCard Classic üzrə
AZN – 5%, USD – 1% myCard Gold üzrə AZN – 6%, USD – 1% myCard Platinium üzrə AZN – 6%, USD – 1% |
Bank VTB | “Bakı – Moskva” kartı | AZN, USD, EUR, RUB | Tələb yoxdur | Ayda bir dəfə | AZN – 4.5%
RUB – 2.5% USD – 0.7% EUR – 0.5% |
Cədvəldəki məlumatlara əsasən gəldiyimiz nəticələri Sizlərlə bölüşmək istərdik:
- İllik faizin həcminə görə ən yaxşı təklif – myCard Gold / myCard Platinium
- Minimal məbləğ tələbi üzrə ən yaxşı təklif – Albalı Plus
- Faizlərin hesablanması üzrə ən yaxşı təklif – Bolkart Debet və Rabitə Bank
Cədvəldəki kartları əldə etmək istəyən oxucularımıza bildirmək istərdik ki, kartların qiymətləri və digər özəllikləri ilə bağlı ətraflı məlumatları banker.az saytının “Məhsul kataloqu” bölməsinin müvafiq linkindən (https://banker.az/result/?ctype=debit_card) əldə edə bilərsiniz.