17 C
Baku
Thursday, October 31, 2024

“İstilikenerjitikintiquraşdırma”dan səhmdarlar ayrılır, yeni şirkətlər yaradılır

Hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi 32 olan “İstilikenerjitikintiquraşdırma” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı 12 dekabr 2024-cü il tarixdə saat 10.00-da Bakı şəhəri, Nizami rayonu, 8-ci km qəsəbəsi, Babək prospekti 33 ünvanda yerləşən inzibati binada keçiriləcəkdir.

Banker.az xəbər verir ki, səhmdarların ümumi yığıncağının gündəliyi aşağıdakılardır.

1. “İstilikenerjitikintiquraşdırma” ASC-nin 2023-cü ilin yekunu üzrə maliyyə hesabatının müzakirəsi, təsdiq edilməsi;

2. Bir qrup səhmdarların “İstilikenerjitikintiquraşdırma” ASC-dən ayrılması, yenidən təşkil edilməsi, yeni hüquqi şəxslərin yaradılması;

3. “İstilikenerjitikintiquraşdırma” ASC-nin nizamnamə kapitalının azaldılması və yeni nizamnamənin təsdiq edilməsi;

4. Hüquqi şəxslərin nizamnamələrinin, bölünmə balanslarının və təhvil aktlarının təsdiq edilməsi;

5. Dəyişikliklərlə əlaqədar sənədlərin hazırlanması, imzalanması və bütün bu işlərlə bağlı səlahiyyətli şəxslərin təyin edilməsi.

 

Son xəbərlər
Digər xəbərlər