13 C
Baku
Wednesday, November 20, 2024

İstiqraz buraxıb, bitcoin alır

Maykl Saylorun şirkəti “MicroStrategy” 2029-cu ildə ödənilməsi nəzərdə tutulan $2,6 milyard dəyərində istiqrazlar buraxacaq.

Banker.az xəbər verir ki, “MicroStrategy”nin hesablamalarına görə, istiqrazların satışından əldə edilən gəlir, komissiyalar və yerləşdirmə xərcləri çıxıldıqdan sonra təxminən $2.58 milyard təşkil edəcək.

MicroStrategy bu vəsaitləri əlavə bitkoinlərin alınması və “ümumi korporativ məqsədlər” üçün istifadə etməyi planlaşdırır.

2024-cü il 18 noyabr tarixinə olan məlumata görə, MicroStrategy və onun törəmə şirkətləri birlikdə 331 200 BTC-yə sahibdir. Bu bitkoinlər hər birinin orta alış qiyməti $49 874 olmaqla, ümumilikdə $16,5 milyard xərclə əldə edilib.

Son xəbərlər
Digər xəbərlər