2022-ci ilin mayında rebrendinq edən “AzSteelCompany” MMC cari ilin ilk yarısını 437 min manatlıq xalis mənfəətlə tamamlayıb. Şirkət əvvəlcə “Ekspress-C” ASC idi.
Banker.az xəbər verir ki, yarımildə onun gəlirləri 5 mln. 692 min manatlıq gəlir əldə edib, 5 mln. 210 min manatı satışdan gələn gəlirdir.
Şirkətin satışının maya dəyəri hesabat dövründə 4 mln. 713 min manat təşkil edib.
Son iki ildə emissiya etdiyi istiqrazlar üzrə faiz ödənişləri isə 250 min manat təşkil edib. Yeri gəlmişkən, bu illər ərzində o 4 milyon manatlıq fond bazarında istiqraz emissiya etməklə borc cəlb edib. Bu istiqrazları 12.5 faiz illik ödənişlə təklif edir.
Beləliklə, 2022-ci ilin birinci yarısında onun xalis mənfəəti 437 min manat olmuş, öncəki illərdəki yığılmış zərər bağlanmış, balansında 408 min manatlıq bölüşdürülməmiş mənfəət əmələ gəlib.
Xatırladaq ki, “AzeSteelCompany” 2003-cü ildə “Ekspress-C” adı ilə yaradılıb, bu il rebrendinq edib. Səhmdar cəmiyyəti metal məmulatlarının istehsalı ilə məşğuldur. Onun nizamnamə kapitalı 8.35 milyon manatdır.