9 C
Baku
Monday, November 18, 2024

İstiqraz nədir?

İstiqraz borc tipli maliyyə alətidir.

İstiqrazı alan və ya borcalan (dövlət/ şirkət) investora müəyyən olunmuş vaxt çərçivəsində kupon adlandırılan faiz və nominal məbləğ adlandırılan əsas borcun məbləğini ödəyir.

İstiqraz alətlərindən ilk dəfə olaraq, Renessans dövrü ərzində İtaliyanın şəhər dövlətləri istifadə edib.

  • İlk dəfə olaraq Venessiya Respublikası 1171-ci ildə müharibəni maliyyələşdirmək üçün əhalidən borc almaq məcburiyyətində qalır;
  • Presiti adlandırılan bu borcun əsas məbləği geri qaytarılmasa da, o əbədi olaraq, hər il borcverənə 5% miqdarına faiz ödənizşlərini edirdi.
  • Əvvəlcə əhali tərəfindən şühbhə ilə qarşılansa da, sonradan bu investisiya kimi qiymətləndirilməyə başladı, hətta faiz ödənişləri almaq hüququ, əhali arasında alınıb-satılırdı. Bununla da, dünyada istiqraz bazarı meydana gəldi.

Qeyd: 1262-1379-cu illərdə Venessiya hökuməti faiz ödənişlərini bir dəfə də olsun gecikdirməmişdir.

Korporasiya istiqrazları – borc, emissiyalı, birjalı, bazar qiymətli kağızlarıdır.

“İstiqraz vərəqəsi” – onun sahibinin emitentdən istiqraz vərəqəsində nəzərdə tutulan müddəti onun nominal dəyərini və bu dəyərdən müəyyən edilmiş və ya başqa əmlak ekvivalentini (əgər qanunvericiliyə zidd deyilsə) almaq hüququnu təsbit edən emissiya qiymətli kağızıdır.

İstiqraz borc şəhadətnaməsidir və 2 əsas əlaməti var:

  • emitentin titulda göstərilmiş məbləği müəyyən edilmiş vaxtda qaytarmaq borcu
  • emitentin istiqraz sahibinə nominal qiymət üzrə müəyyəni edilmiş faiz borcu

İstiqrazlar buraxılmış müddətinə görə, sahiblik qaydalarına görə, istiqrazların məqsədindən asılı olaraq, nominal ödəmə metoduna görə, talonlu gəlirin ödənilməsinə görə təsnifləşdirilir.

İstiqrazların növləri:

  • Sabit dərəcəli istiqrazın kuponu dəyişməz qalır;
  • Üzən dərəcəli istiqrazın kuponu müəyyən faizin dəyişiminə uyğunlaşdırılır;
  • Konvertasiya oluna bilən isteqrazlar investora, istiqrazı şirkətin səhmlərinə dəyişmək imkanı verir.
  • İnflyasiyaya bağlı istiqrazlar kupon ödənişi  və nominal dəyəri  inflyasiyaya görə dəyişə biləcək istiqrazlardı.
  • Diskontlu qiyməti nominal dəyərindən aşağı olan kuponsuz istiqrazdır.

İstiqrazlar bazar və nominal qiymətə malikdirlər. İstiqrazın bazar qiyməti istiqraz bazarında və maliyyə bazarında olan şəraitlə müəyyən olunur.

Kuponun ödəmə qiymətinə görə xüsusiyyətinə görə istiqrazlar bölünür:

  • qeyd olunmuş faiz dərecəli istiqrazlar üzrə faizlər eyni həcmdə ödənilir, istiqrazın nominal dəyəri isə onun ödənilməsi zamanı;
  • üzən faiz istiqrazlar
  • bərabər faiz istiqrazlar. Belə istiqrazlar indeksləşmiş adlanırlar və adətən infilyasiya şəraitində buraxılır:
  • minimal və ya sıfır kuponlu istiqrazlar, onlar üzrə faiz ödənilmir və ya onların həcmi çox kiçikdir. Belə istiqrazların bazar qiyməti adətən nominaldan az olur, yəni endirim təklif olunur:
  • qarışıq tipli istiqrazlar, bu zaman sahibkar gəlirin bir hissəsini qeyd olunmuş gəlir formasında digər hissəsini üzən dərəcə üzrə alır:

Fond bazarı tədavülünə görə istiqrazlar olurlar:

  • Adi istiqrazlar. İllik gəlirin ödənilməsi və əsas borcun borc müddəti zamanı ödənilməsi
  • Dönərli istiqrazlar. Sahibkara eyni emitentin səhmləri ilə dəyişmək hüququ verir. Ödəmə vasitəsi kimi emitent onlar üzrə daha az gəlir müəyyən edir.
Son xəbərlər
Digər xəbərlər