11 C
Baku
Monday, November 25, 2024

İstiqrazlar üzrə sahibkarların öhdəliklərinə təminat verməsi qaydaları hazırlanacaq

İstiqrazlar üzrə sahibkarların öhdəliklərinə təminat verməsi qaydaları hazırlanacaq.

Banker.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən sahibkarların öhdəliklərinə təminatın verilməsi mexanizminin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” fərmanda əksini tapıb.

Fərmana əsasən, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu sahibkarların manatla aldıqları kreditlərə münasibətdə kredit portfelinin təminatı mexanizmi üzrə, həmçinin istiqrazlar üzrə emitentlərin (sahibkarların) öhdəliklərinə Fondun təminat verməsi qaydalarını beş ay müddətində təsdiq etməli və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Son xəbərlər
Digər xəbərlər