22 C
Baku
Sunday, April 28, 2024

İstiqrazlar və onların növləri

Müəllif: Müstəqil treyder Rüfət Axundov

Dəyəri 1 milyon dollar olan kağız parçası – 30 illik ABŞ dövlət istiqrazı.

Adətən müddəti 1 ilə qədər olan istiqrazlara “bill” deyirlər. Bir neçə ildən 10 ilə qədər olanlara “note”. 10 ildən yuxarı ömrü olanlar isə “bond” adlanır. Bunların hamısı risksiz yatırım və “sabit gəlirli” alətlər hesab olunurlar. Hər il (və ya yarım il və s), siz faizini alırsınız. İstiqrazlar ona görə sabit gəlir hesab olunur ki, çünki ABŞ hökumətinin qeyb olma ehtimali 0%-dir. Bunlar hökumətin “borc” götürmə üsuludur. Hökumət bunları əhaliyə satır və borc yığır. İstiqrazlara el arasında “IOU” deyirlər. Okeanın o tayında. IOU – “I owe you” deməkdir (“mənim sənə borcum var”). Bir şeyi de deyim ki, ABŞ hökuməti istiqraz çap edəndə onları bir başa olaraq əhaliyə satmır. Bu məsələdə vasitəçi rolunu oynayan investisiya bankları var. İnvestisiya bankları hökumətdən, əhali isə investisiya banklarından istiqrazları ala bilir. Üzərində qeyd olunmuş faiz dərəcəsənə “coupon” (kupon) deyirlər. Qədim-qədim dövrlərdə həqiqətən bələ istiqrazların üzərində kuponları olub. Müddətin sonunda kuponu aparıb, təhvil verir və pullarını geri alırdılar. İndi elə şeylər elektron formadadır, amma kupon sözü hələ de qalır. Kimsə soruşanda ki, neçəlik kupon var o istiqrazda, bu o deməkdir ki, istiqrazın neçə % gəlir verdiyi soruşurlar.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər