10 C
Baku
Sunday, December 22, 2024

İstiqrazların mahiyyəti və növləri

Istiqrazlar adı altında bir qayda olaraq, emissiya borc qiymətli kağızları başa düşülür, emitent istiqraz sahibinə onun nominal dəyərini pul vəsaitləri və ya digər əmlak ekvivalentləri formasında hər iki tərəfin müəyyən etdiyi müddətdə ödəməlidir.

İstiqraz eləcə də, onun sahibinə nominal dəyərin müəyyən faizi nisbətində (kupon) gəlir götürmək və digər əmlak hüququ verə bilər. İstiqrazlar üzrə əsas gəlir alış zamanı diskontun həcmi hesab olunur.

 

İstiqrazların növləri

Istiqrazları müxtəlif əlamətlər üzrə növlərə ayırmaq olar: dövriyyə müddəti, emitent, istiqraz valyutası, gəlirin növü, buraxılışın məqsədi, konvertə edilmə və s. Onlardan ən əsaslarına göz gəzdirək.

Emitentlər üzrə istiqrazların növü:

1. Dövlət istiqrazları və ya suveren istiqrazlar hökumət və ya yerli hakimiyyət orqanlarının adından büdcə defisitinin bağlanması məqsədilə buraxılır. Istənilən halda onlara dövlət tərəfindən zəmanət verilir.
2. Bələdiyyə istiqrazları
3. Korporativ istiqrazlar

Gəlirlərin növünə görə istiqrazların növləri:

1. Diskont istiqrazlar – belə gəlir tipi olan qiymətli kağız sahibi emitentdən diskont formasında mənfəət əldə edir, diskont istiqrazları nominaldan aşağı qiymətə əldə etmək olar.
2. Sabit faiz dərəcələri ilə istiqrazlar – onu həm də kupon istiqrazlar adlandırırlar. Bu tip qiymətli kağızlar üzrə gəlirlər sabit faiz dərəcəsi olan kuponlar üzrə əldə edilir.
3. Üzən faiz dərəcəsi olan istiqrazlar – bu tip istiqrazlar müəyyən mənada əvvəlki növə oxşayır, lakin bu halda bir sıra makroiqtisadi amillərdən (məsələn, dövlət qiymətli kağızların gəlirliliyi) asılı olaraq kuponların həcmi dəyişkən xarakter daşıyır.

Istiqrazların emissiyası beş mərhələdən ibarətdir:

1. Ilk öncə istiqrazların yerləşdirilməsi haqqında qərar qəbul edilir.
2. Daha sonra istiqrazların buraxılışı haqqında qərar təsdiq edilir.
3. Növbəti mərhələdə qiymətli kağızların dövlət qeydiyyatı həyata keçirilir.
4. Daha sonra istiqrazlar yerləşdirilir.
5. Son mərhələdə dövlət qeydiyyatı həyata keçirilir, bu zaman istiqraz buraxılışının yekunları haqqında hesabat qeyd olunur

Son xəbərlər
Digər xəbərlər