6 C
Baku
Tuesday, December 24, 2024

İstirahət və nahar üçün fasilə işçi üçün mütləqdirmi?

Maddə 103. İstirahət və nahar üçün fasilə

  1. İş günü (növbəsi) ərzində işçilərə istirahət və nahar etmək üçün fasilə verilməlidir.

Misal 1.  “Sabirabad” MMC-nin işçisi Uğur Qarayevlə əmək müqaviləsi bağlanıb. Onun işə başlama saatı 9:00-da qeyd olunub. Adətən nahar vaxtı işə başladığı saatdan 4 saat sonra verilir və maksimum 2 saat davam edə bilər. Belə olan halda 9:00-da başlanan iş vaxtdan sonra  13:00-da nahar fasiləsinə çıxmalıdır və maksimum bu müddət 15:00-a kimi davam edə bilər.

  1. Fasilənin verilməsi vaxtı və davamiyyəti müəssisədaxili intizam qaydaları, növbə cədvəlləri və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir.
  2. Əmək şəraitinin xarakterinə görə işi dayandırmaqla fasilənin vaxtını və davamiyyətini müəyyən etmək mümkün olmadıqda, işəgötürən işçiyə nahar etməyə şərait yaratmalıdır.

Misal  2. “Sabirabad MMC”-də istehsalat prosesində işi dayandırmaq mümkün deyil. Belə olan halda Uğur Qarayevə nahar etmək üçün şərait yaradılmalıdır.

  1. İşçinin bir iş günü ilə növbəti iş günü arasındakı gündəlik istirahət vaxtı azı 12 saat olmalıdır. Növbəli iş vaxtı rejimində işçilərin istirahət vaxtının müddəti müvafiq növbə cədvəlləri ilə tənzimlənir.

Misal 3. Uğur Qarayevin işi 18:00-da bitibsə, növbəti gün işə çıxma vaxtı ən azından 06:00-da olmalıdır.

  1. İstirahət və nahar fasilələrinin müddəti iş vaxtına daxil edilmir. İstirahət və nahar fasilələrindən işçi öz mülahizəsi ilə istədiyi kimi istifadə edə bilər.

Misal- 4. Uğur Qarayevin 13:00-15:00 nahar vaxtı və 18:00-9:00-a kimi istirahət vaxtı iş vaxtına daxil edilmir və buna görə işəgötürən heç bir ödəniş etmir.  Göstərilən vaxtın istifadəsi sərbəstdir (işçi nahar edə bilər, harasa gedə bilər və sair).

Əmək Məcəlləsinin 244 maddəsinin 3 hissəsində də nahar vasiləsinə rast gəlmək olar. Həmin hissədə bu qeyd olunub.

Qadının istəyi ilə uşağın yedizdirilməsi üçün fasilələr cəmlənərək nahar və istirahət vaxtına birləşdirilə, habelə iş vaxtının (növbəsinin) əvvəlində, yaxud axırında istifadə edilə bilər. Əgər qadın uşağın yedizdirilməsi üçün fasilələri cəmləyərək iş vaxtının sonunda istifadə etmək istəsə, onda onun iş günü həmin fasilələrin müddəti qədər qısaldılır.

Misal – 5. Ananın yaş yarımına çatmamış uşağını yedizdirmək üçün hər üç saatdan bir 30 dəqiqə fasilə verilir. Yəni ana 9:00-da işə başlayıbsa 12:00-da ona 30 dəqiqəlik uşağı yedizdirmək üçün fasilə verilməlidir. Əgər 2 və daha çox uşağı varsa bu halda 1 saat yəni 12:00-dan – 13:00-a kimi. Bu fasilə iş vaxtına daxil edilmir amma onun orta əmək haqqısı saxlanılır yəni ana ayın sonunda əmək müqaviləsində göstərilən əmək haqqısını alacaq. Bu müddət cəmlənərək nahar vaxtına birləşdirilə, yəni 1 saat nahar vaxtı varsa, uşağın yedizdirilməsi üçün 3 saatdan bir ayrılan vaxt (30 dəqiqə və ya 1 saat) ona birləşdirilər və ya bu müddət işin əvvəlində ( 3 saatdan bir ayrılan vaxt (30 dəqiqə və ya 1 saat)) və sonunda ( 3 saatdan bir ayrılan vaxt (30 dəqiqə və ya 1 saat)) istifadə edilə bilinər, Əgər qadın uşağın yedizdirilməsi üçün fasilələri cəmləyərək iş vaxtının sonunda istifadə etmək istəsə, onda onun iş günü həmin fasilələrin müddəti qədər qısaldılır.

İqtisadçı-ekspert Rauf Qarayev

Son xəbərlər
Digər xəbərlər