Alimlər gərgin işdən uzaqlaşaraq tam olaraq istirahət etmək istəyənlərə bu rahatlığı bir həftədən çox uzatmağı məsləhət görmürlər.
Amerikalı tədqiqatçıların fikrincə, ən maksimum faydanı ildə dörd dəfə təkrar olunan 7 günlük istirahətdən almaq olar. Yox əgər məzuniyyətiniz 1 ay təşkil edirsə, artıq 1 həftədən sonra artıq məmnunluq, xoşbəxtlik hissi sönməyə başlayır. Bununla yanaşı, alimlər məzuniyyətin ilk gününü ən emosional və vacib hesab edirlər.
Bu səbəbdən də professor Den Areli belə iddia edir: Məhz buna görə, il ərzində 4 dəfə bir həftəlik məzuniyyət insanın psixoloji sağlamlığı üçün daha çox faydalıdır”.
Lakin belə iddialar da mövcuddur ki, insanlar iki iş həftəsindən sonra istirahət etməlidirlər. Çünki 1 həftəlik məzuniyyət zamanı insanın yalnızca bədəni istirahət edir. Onun beyninin dincəlməsi üçün isə 14 günə ehtiyac var.