Səfərə hazırlaşarkən əksər turistlər, seçim etdikləri, yəni yola düşdükləri məkanda öz təhlükəsizliklərindən əmin olmaq istəyirlər. ABŞ hökumətinin dünyanın müxtəlif ölkələrində, o cümlədən Avropada baş verən cinayət halları ilə əlaqədar apardığı araşdırma sayəsində aşağıdakı yerlərə getmək istəyən turistlər tam rahat ola bilərlər:
Sinqapur
O ölkələrdən biridir ki, burada təbii fəlakətlər və qarşısıalınmaz kataklizmlər baş vermir. Sinqapur hökuməti terror aktları probleminə də kifayət qədər ciddi yanaşır və onu heç zaman gözdən kənar qoymur. Həmçinin ölkə daxili əmin-amanlıq da nəzarətdə saxlanılır.
Yerli sakinlər inanılmaz dərəcədə qanunpərəstdirlər, buna görə də Sinqapuru tam ürək rahatlığı ilə dünyanın ən təhlükəsiz yerlərindən biri adlandırmaq olar.
İslandiya
Baxmayaraq ki, bu ölkə böhran nəticəsində yaranmış çətinlikləri digər ölkələr ilə müqayisədə öz çiyinləri üzərində daha ağır hiss etmişdir, onun vətəndaşları cinayət meylləri nümayiş etdirməmişlər. İslandiya dünyada ən yüksək təhsil səviyyəsi olan ölkələrdən biridir, onun sakinləri isə sülhpərvərliyi və gülərüzlüyü ilə seçilir. İslandların sosial vəziyyəti yumşaltmaq üçün yararlana biləcəyi vasitələrin sayı heç də az deyil.
İsveçrə
Ölkənin üç şəhəri –Cenevrə, Bern və Sürix, dünyanın ən təhlükəsiz şəhərləri hesab olunur. Ölkənin vətəndaşları özlərini dünyanın ən sülhsevər vətəndaşları kimi təsdiq etməyi bacarmışlar. Ölkənin əhalisi insan şəxsiyyətinə qarşı olduqca hörmətli münasibət göstərir. Amma İsveçrədə xırda oğurluqlar da mümkündür, ona görə turistlər tərəfindən bir azca ehtiyatlılıq heç də pis olmaz.
Butan
Bu şəhəri cəsarətlə dünyanın ən xoşbəxt yerlərindən biri adlandırmaq olar, çünki onun sakinləri başqa cür ola bilmir, hamıya qarşı dostcasına yanaşır. Ola bilsin ki, insanlara və dünyaya qarşı belə bir münasibətin əsasında buddizm dayanır.
Amma yenə də ola bilsin ki, bəzi turistləri ara-sıra ölkənin dinsiz əhalisi ilə xoşagəlməz görüşlər də gözləsin, belə hallarda daha çox ehtimal var ki, siz sonda pulqabısız qalasınız.
Mavrika
Mavrika kriminal aspektlərdən yanaşdıqda kifayət qədər salamat və firavan bir yerdir. O, Hind okeanının cənub tərəfində yerləşdiyi üçün bu, ona quldurlar üçün əlçatmaz qalmağa imkan verir.
Mavrikada qeyd alınmış cinayət hallarının sayı Yaponiyada olduğundan xeyli azdır, baxmayaraq ki, Yaponiya vətəndaşların qanuna tabe olmasına görə dünyanın ən nümunəvi ölkəsi hesab olunur.
Mavrikada baş verə biləcək yeganə xoşagəlməzlik –dincələn insanların çimərlik istirahəti zamanı yol verdiyi ehtiyatsızlıq səbəbindən yaşana bilər.
Yeni Zellandiya
Kriminal situasiya baxımından bu ölkə yaşamaq üçün dünyanın ən təhlükəsiz yerlərindən biri hesab olunur. Turistlər həmçinin təbiət hadisələri və təbii şəraitə görə də narahat olmaya bilər. Bunlar ilə bağlı heç bir narahatçılıq müşahidə olunmur, burda nə tropik siklonlar, nə də qasırğalar olmur.
Burada dincələnləri gözləyə biləcək yeganə xoşa gəlməzlik isə avtomobil salonundan əmlakın oğurlanması hadisəsidir.
Kipr
Kiprin uzun müddətdir ki, Böyük Britaniyanın himayəsi altında olması, burda həm təhsil, həm ailə dəyərlərinə münasibət, həm də iqtisadiyyat üzərində öz möhürünü vurmuşdur, son nəticədə isə bütün bunlar Kiprin əsas üstünlüklərinə çevrildi.
Amma Kiprdə olduğunuz müddətdə fırıldaqçılar ilə ehtiyatlı olmağa dəyər. Hər hansı bir turisti axmaq vəziyyətinə salaraq, ondan yağlı bir məbləğdə nağd qopartmaq onlar üçün heç bir çətinlik törətməyəcək.
İrlandiya
Dublinin təhlükəsiz şəhər hesab edilməyə sözün əsl mənasında haqqı var. Yerli sakinlər digərlərinə nisbətdə cinayətkarlığa, o cümlədən zorakılığa ən az meylliyi olan insanlardır.
Amma sən demə Dublində yerli pivəxanalarda (PUB) spirtli içkilərdən həddindən çox içib, sonra isə öz üzərilərində və öz hərəkətləri üzərilərində nəzarəti tamamı ilə itirən, şənlik həvəskarından qorunmaq lazımdır.
Dubay
Dubayda dünyanın ən varlı və ən yaxşı mühafizə olunan insanları yaşayır, buna görə burda olduqda sənin özünün də mühafizədə olduğunu hiss etmək o qədər də çətin deyil. Dubayda hər yerdə, hər tərəfdə nəzarət kameraları quraşdırılıb, buna görə də təhlükəsizliyə görə narahat olmağa dəyməz.
Bu gözəl yerə istirahət etməyə yollanarkən, ən sadə təhlükəsizlik qaydalarını xatırlayın və ehtiyatlılıq tədbirlərinə əməl edin, belə olduqda sizin istirahətinizin üzərinə heç nə kölgə sala bilməyəcək.
Niderland – Boneyr, Aruba, Krakao.
Niderlandın ərazisində yerləşən bu adalar, həm də ona görə təhlükəsiz hesab olunur ki, burada heç vaxt təbii fəlakətlər baş vermir
Bu adalardan birinə istirahətə gəlmiş insanlar yerli əhalinin mehribanlığı, gülərüzlüyü, səmimiliyi ilə heyran olurlar. Bura həqiqətən də cənnətin bir hissəsinə bənzəyir.
İndi siz bilirsiniz, dünyadakı hansı yerlər sizə sakit və komfortlu istirahətə təminat verə bilər, ona görə də ürəkli olun və heç nədən narahat olmayaraq yola düşün. Uğurlu istirahətlər və yaxşı yol!!!