23 C
Baku
Friday, April 26, 2024

İstirahət etməyin üsulları

Gərgin iş rejimi səbəbindən insanlarda emosional yorğunluq, əsəbilik halları müşahidə olunur. Bu hallar da öz növbəsində stressin əmələ gəlməsinə gətirib çıxardır. 

Xroniki stress çəkinin artmasına, arterial təzyiqin qalxmasına və bizim məzlum vəziyyətdə olmağımıza səbəb olur. Ona görə də stressi azaltmaq üçün mütəmadi olaraq istirahət etməliyik.

İstirahət etməyin müxtəlif üsulları mövcuddur. Məsələn, təmiz havada gəzintiyə çıxmaq, duş qəbul etmək, lətifələrə qulaq asmaq və s. Lakin biz sizə istirahət etmək üçün elmi cəhətdən təsdiqlənmiş bir neçə üsul təqdim edirik.

1 . Dünyanın ən rahatladıcı mahnısına qulaq asın

Mütəxəssislər musiqinin rahatladıcı xüsusiyyətlərə malik olduğunu aşkar ediblər. Davamlı ritm beyin dalğalarının əmələ gəlməsinə və ürək döyüntülərinin tezliyinin ritmlə sinxronlaşmasına gətirib çıxardır.

2 . Gülməli filmlərə baxın

Gülüş stress ilə mübarizədə sınanmış bir vasitədir. Həmçinin gülüşün psixoloji stressin azaldılmasında effektiv olduğu da sübut olunub.

3 . Yoqa ilə məşğul olun

Tədqiqatlar zamanı yoqa ilə məşğul olmağın narahatlıq, depressiya, yorğunluq hallarının dərəcəsini azaltdığını müşahidə ediblər. Həmçinin yoqa diqqətin cəmləşdirilməsinə, həyata daha optimistik baxmağa da yardım edir.

4 . Şokolad yeyin

Tədqiqatçılar 40 qram tünd şokoladın bizə gün ərzində stress ilə mübarizə etməyə kömək etdiyini deyirlər. Şokolad beynin beta-endorfin ifraz etməsini təmin edir. Endorfin “xoşbəxt kimyəvi maddə” adlanır.

5 . Psixoloji illuziyanın yaradılması

Bu relaksasiya olmanın məşhur üsuludur. Bir anlıq özünüzə necə mahnı dinləyidinizi, duş qəbul etdiyinizi və yaxud parkda skamyada oturduğunuzu təsəvvür edin. Bu üsul sizə bir müddətlik real həyatdan uzaqlaşmağa və xəyallar ölkəsinə qərq olmağa yardım edəcək.

6 . Ev heyvanları saxlayın

Tədqiqatlar nəticəsində ev heyvanları saxlayan insanların dördayaqlı dostlarını sığallayan zaman qan təzyiqlərinin daha aşağı olduğu və həmin insanların daha sakit olduqları aydın olmuşdu.

7 . İçki sifariş edin

Biz stress zamanı alkoqol qəbul etməyi məsləhət görmürük. Lakin müəyyən dərəcələrdə sərinləşdirici içkilər və ya çay qəbul etməyin xeyirləri çoxdur. Bu içkilər gərginliyi aradan götürür.

8 . Saqqız çeynəyin

Tədqiqatlar nəticəsində saqqızın stressin dərəcəsini azaltdığı müşahidə olunmuşdu. Bu ağız suyunun kortizol maddəsinin miqdarını azaltdığı üçün baş verir.

9 . Telefona məhəl qoymayın

Əgər telefon zəngləriniz işlə bağlı deyilsə, o zaman telefonu yox sayın. Britaniya psixoloqlar cəmiyyəti tədqiqatlar əsasında mütəmadi olan telefon zənglərinin, mesajların, bildirişlərin insanlarda stressin əmələ gəlməsinə səbəb ola biləcəkləri qərarına gəlmişlər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər