9 C
Baku
Friday, December 27, 2024

İstisu qəsəbəsində magistral boru kəmərlərinin çəkilməsi işləri oktyabrda yekunlaşacaq

Bu ay Kəlbəcərdə yerləşən İstisu qəsəbəsində magistral boru kəmərlərinin çəkilməsi işləri yekunlaşacaq.

Bunu “ND COMPANY” QSC-nin direktoru Elvin Mahmudov bildirib.

Onun sözlərinə görə, hazırda şirkət işğaldan azad olunmuş ərazilərdə bir sıra tikinti-quraşdırma işləri həyata keçirir: “Görülən işlərə Ağdamın mərkəzində, 11-ci məhəllə adlanan yerdə çox funksiyalı yaşayış kompleksinin, Xıdırlı kəndində yaşayış evlərinin tikintisi, Kəngərli kəndində kommunikasiya xətlərinin, Kəlbəcərdə İstisu qəsəbəsində magistral boru kəmərlərinin çəkilməsi daxildir. Qarabağda Ağdam-Kəlbəcər magistral qaz kəmər çəkilməsi işləri yekunlaşıb”.

E. Mahmudov bildirib ki, 11-ci məhəllə, Xıdırlı və Kəngərli layihələrin icrası hələ davam edir: “Hər biri qrafikə uyğun olaraq müvafiq vaxtda təhvil veriləcək”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər