Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun seleksiyaçı alimləri tərəfindən istixana şəraitində ərsəyə gətirilmiş yeni perspektiv pomidor hibridlərinin nümayiş əkinləri aparılıb. Yeni perspektiv pomidor hibridləri Şəmkir rayonunun Əliyaqublu kəndində fermerlərin istixana təsərrüfatlarında sınaq məqsədilə əkilib.
Banker.az xəbər verir ki, nümayiş əkini prosesində yeni pomidor hibridlərinin təsərrüfat xüsusiyyətləri haqqında məlumat verilib. Bildirilib ki, müxtəlif təyinatlı altı yeni pomidor hibridi qənaətbəxş nəticələr göstərir. Hibridlər yüksək məhsuldarlığına, dad və əmtəəlik keyfiyyətinə, o cümlədən tez yetişkənliyinə görə seçilirlər.
Yeni pomidor hibridlərinin nümayiş əkinləri tam başa çatdıqdan sonra Dövlət Reyestrində qeydiyyata alınması üçün Aqrar Xidmətlər Agentliyinə təqdim olunması planlaşdırılır.