İsveç Baş naziri Maqdalena Andersson NATO-ya üzvlüklə bağlı Türkiyənin şərtlərini yerinə yetirəcəklərini bəyan edib.
“Habertürk” xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında deyib.
Qeyd edək ki, iyunda Madriddə imzalanan razılaşma sənədinə əsasən Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzvlüklərini təsdiqləməsi üçün namizəd ölkələr dəstəklədikləri terrorçuları təhvil verməlidirlər. Rəsmi Ankara daha əvvəl bildirmişdi ki, terrorçular qaytarılmasa, hər iki ölkənin Alyansa üzvlüyünə veto qoyulacaq.