27 C
Baku
Saturday, July 27, 2024

İsveç Belarusa göstərdiyi iqtisadi yardımın bir hissəsini dondurur

Belarusdakı prezident seçkilərinin nəticələrindən razı qalmayan Avropa ölkələri, sözdən əmələ keçirlər.

Bu barədə Banker.az “Vesti.ru”ya istinadən xəbər verir.

Belə ki, İsveç hökuməti Belarusa göstərdiyi iqtisadi yardımın bir hissəsini dondurmaq qərarına gəlib. Qeyd edildiyi kimi, söhbət dövlətin və Mərkəzi Bankın iştirakı ilə yaradılan, dəyəri 2,5 milyon dollardan çox olan layihələrdən gedir.

Slovakiyanın Baş naziri Belarus etirazçıları ilə həmrəy olduğunu bildirərək, ölkənin keçmiş səfiri İqor Leşeney ilə görüşüb. Xatırladaq ki, daha əvvəl nazir etirazçıların “işgəncə və döyülmə” hekayələrindən sarsıldığını bildirərək, istefa etdiyini açıqlamışdır.

Belarusdakı etirazlarla bağlı vəziyyət dünən BMT-nin Təhlükəsizlik Şurasında da müzakirə edilib. ABŞ və Estoniyanın təşəbbüsü ilə Təhlükəsizlik Şurasının üzvləri Belarus hakimiyyətinin əhaliyə qarşı güc tətbiq etməsindən dərin narahatlıqlarını ifadə edib. Bu gün Avropa İttifaqə liderlərinin Belarusdakı vəziyyətlə bağlı fövqəladə zirvə görüşü keçiriləcək.

Xatırladaq ki, Belarusdakı etirazlar ikinci həftədir davam edir. Prezident seçkilərində Aleksandr Lukoşenkonun seçilməsindən narazı olan etirazçılar, onun istefa etməsini tələb edirlər.

Son xəbərlər
Digər xəbərlər