27 C
Baku
Saturday, July 27, 2024

İsveç demək olar ki, tamamilə nağd puldan imtina etdi

Banker.az xəbər verir ki, İsveç Mərkəzi bankının verdiyi məlumata görə, ölkədə dövriyyədə olan banknot və qəpik sayı 1990-cı illərin əvvəlində olduğu səviyyəyə enib və 2017-ci ilin birinci rübündə 56,8 milyard kron (təqribən 6,4 milyard dollar) təşkil edib.

Bununla yanaşı, ümumi pul kütləsi, həmçinin nağdsız ödənişlər artmağa davam edib. Nəticədə nağd pulların payı 2% enib. 2007-ci ildən bu günə qədər isə dövriyyədə olan banknot və qəpik dəyəri təqribən 40% azalıb.

Ölkənin SEB, Swedbank, Nordea Bank kimi nəhəng banklarında demək olar ki, nağd pul ilə hər hansı bir əməliyyat həyata keçirilmir. Banklar ödəniş prosesini icra etmək üçün plastik kartlar ilə yanaşı Swish adlı mobil tətbiqetmə yaradıblar və 10 milyon isveçlidən 5,5-i bu tətbiqetmədən istifadə edir.

Son xəbərlər
Digər xəbərlər