13 C
Baku
Friday, November 15, 2024

İsveç enerji şirkətlərinə likvidlik zəmanəti vermək niyyətindədir

İsveç hökuməti milli enerji şirkətlərinə bu sahədə yüksək qiymətlər fonunda maliyyə sabitliyini qorumaq üçün 250 milyard İsveç kron (23.18 milyard ABŞ dolları – Red) likvidlik zəmanəti vermək niyyətindədir.

Bu barədə krallığın maliyyə naziri Mikael Damberq bildirib.

Onun sözlərinə görə, indiyədək yüksək və dəyişkən elektrik qiymətləri NASDAQ siyahısında olan elektrik enerjisi istehsalçıları üçün likvidlik çatışmazlığına səbəb olub.

“Rusiyanın Avropaya qaz nəqlinin azaldılması ilə bağlı son bəyanatından sonra vəziyyət daha da gərginləşib. Enerji şirkətlərinin likvidliyini təmin etmək üçün bu gün hökumət dövlətin 250 milyarda qədər kredit zəmanəti verə biləcəyini nəzərdə tutan bir təklif təqdim edib”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər