14 C
Baku
Saturday, November 23, 2024

İsveç, Finlandiya və Türkiyə NATO-ya üzvlüklə bağlı danışıqları martda bərpa edəcəklər

İsveçin Baş naziri Ulf Kristersson bildirib ki, İsveç, Finlandiya və Türkiyə arasında NATO-ya üzvlüklə bağlı danışıqlar marta bərpa olunacaq. Onun sözlərinə görə, tərəflər bunu təsdiqləyiblər.

Cənab Kristersson danışıqların dəqiq tarixini açıqlamayıb. “Başqa bir tarix var. Bu, sirr deyil, amma təsdiqini gözləyirik”, – deyə Baş nazir söyləyib.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Finlandiya və İsveç 2022-ci ilin mayında NATO-ya üzv olmaq üçün müraciət ediblər. Türkiyə əvvəlcə alyansın genişlənməsinə qarşı çıxıb, çünki o, ölkələri Ankaranın terrorçu hesab etdiyi insanlara sığınacaq verməkdə ittiham edib. Türkiyə daha sonra bir sıra şərtlərlə NATO-nun genişlənməsinə razılıq verib. Lakin Stokholmda Türkiyə səfirliyində Quranın yandırılması ilə bağlı aksiya fonunda İsveçlə bağlı qərar dayanıb.

Son xəbərlər
Digər xəbərlər