9 C
Baku
Thursday, December 12, 2024

İsveç, Finlandiya və Türkiyə rəsmiləri arasında görüş keçiriləcək

Helsinkidə İsveç, Finlandiya və Türkiyə arasında imzalanmış üçtərəfli sazişin detallarının müzakirəsi üçün bu ölkələrin hökumət üzvlərinin görüşü keçiriləcək.

Avqustun 26-da keçiriləcək görüşdə iki Skandinaviya ölkəsinin NATO-ya daxil olmaq barədə müraciəti müzakirə olunacaq. Həmin görüşdə NATO-nun iyun ayında keçirilmiş zirvə toplantısında bu ölkələr tərəfindən imzalanmış üçtərəfli sazişin detalları da nəzərdən keçiriləcək.

İsveç xarici işlər naziri Ann Lindenin sözlərinə görə, NATO-nun sammitində Türkiyə, İsveç və Finlandiya tərəfindən Madriddə imzalanmış sazişin yerinə yetirilməsi barədə söhbət gedəcək. İsveçin və Finlandiyanın müraciətinin Türkiyə tərəfindən bəyənilməsi üçün bu sazişin yerinə yetirilməsi ilkin şərtdir.

Bununla belə, rəsmi Ankara üçtərəfli sazişə daxil edilmiş bir sıra tələblərin yerinə yetirilmədiyini dəfələrlə bəyan edib. Bu məqamı nəzərə almasaq, Finlandiya və İsveçin bu il yayda NATO-ya daxil olması məsələsinin ratifikasiyası prosesi sürətlə gedir: 30 üzv dövlətdən 23-ü iki Şimali Avropa ölkəsinin bu alyansa daxil olmasına razılıq verib. Qalan yeddi üzv dövlətdən altısı – Çexiya, Yunanıstan, Macarıstan, Portuqaliya, Slovakiya və İspaniya müsbət rəy verib.

Ən qəliz məqam Türkiyənin mövqeyidir. Bu ölkə müxtəlif cinayətlər törətməkdə ittiham edilən, İsveçdə və Finlandiyada gizlənən Türkiyə vətəndaşlarının ekstradisiyasını tələb edir.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər