26 C
Baku
Saturday, July 27, 2024

İsveç hökuməti dünyada kütləvi aclığın qarşısını almaq üçün vəsait ayıracaq

İsveç hökuməti BMT Baş katibinin dünyada kütləvi aclığın qarşısını almaq üçün təcili kömək xahişinə cavab olaraq vəsait ayırmağı qərara alıb.

Krallıq yaxın günlərdə qlobal aclıqla mübarizə məqsədilə BMT-nin Ümumdünya Qida Proqramına əlavə maliyyə yardımı ayıracaq.

Hökumətin internet səhifəsində bildirilir ki, COVID-19 pandemiyasının yaratdığı böhran səbəbi ilə dünya ölkələri İkinci Dünya müharibəsindən bəri ən böyük aclıq təhlükəsi ilə üzləşib.

Belə ki, BMT-nin hesablamalarına görə hazırda kəskin qida çatışmazlığı təhlükəsi ilə üz-üzə qalan insanların sayı son illərdə ən yüksək həddə çatıb. BMT Baş katibi Antonio Quterreşin verdiyi məlumata görə, 41 milyondan çox insan təcili humanitar yardım olunmadığı təqdirdə çox ciddi aclıq təhlükəsi ilə qarşılaşacaq.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər