14 C
Baku
Çərşənbə, May 25, 2022

İsveç hökuməti ölkəyə daxil olanlardan PSR testi tələb etməyəcək

İsveç hökuməti ölkəyə daxil olan şəxslərdən koronavirusa görə mənfi PSR testi nəticəsi tələb etməyəcək.

Bu barədə hökumətin İşlər idarəsinin press-relizində deyilir.

Qeyd olunur ki, yeni qayda yanvarın 21-dən qüvvəyə minəcək.

 

Qərar İsveç Səhiyyə İdarəsinin müraciəti əsasında qəbul edilib. İdarə hesab edir ki, ölkəyə gələn turistlər omikron ştammının yayılması üçün hər hansı təhlükə törətmir.

Bununla belə, İsveçə daxil olan şəxslər “COVID pasportu” təqdim etməli olacaqlar.

Son xəbərlər
Oxşar xəbərlər