27 C
Baku
Tuesday, July 16, 2024

İsveç hökuməti “Şimal axını”nda sızma ilə bağlı təcili iclas çağırır

İsveç xarici işlər naziri Ann Linde bildirib ki, “Şimal axını” qaz kəmərlərində sızmalar fonunda İsveç hökuməti fövqəladə iclas keçirəcək.

“Bundan xəbər tutan kimi biz hökumət səviyyəsində əsas idarələrin iştirakı ilə fövqəladə iclas çağırdıq”, – deyə Ann Linde söyləyib.

Banker.az bu barədə “Rt.ru”ya istinadən xəbər verir.

Xatırladaq ki, daha əvvəl “Nord Stream 2 AG” şirkəti “Şimal axını 2” qaz kəmərində fövqəladə vəziyyət barədə məlumat verib.

Son xəbərlər
Digər xəbərlər