6 C
Baku
Sunday, December 15, 2024

İsveç hökuməti hərbi xərcləri artırmağı planlaşdırır

İsveç hökuməti hərbi xərcləri ÜDM-i 2%-i səviyyəsinədək artırmaq niyyətindədir.

Bu barədə İsveçin Baş naziri Maqdalena Andersson deyib.

Bu qərarı Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin şərtləndirdiyi bildirilir.

“İsveçin müdafiə qabiliyyəti xeyli gücləndirilməlidir” – nazir vurğulayıb.

Xatırladaq ki, 1980-ci illərdə soyuq müharibə başa çatdıqdan sonra İsveçin müdafiə xərcləri ÜDM-in 1%-dək azaldılıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər