13 C
Baku
Saturday, November 23, 2024

İsveç hökuməti sülhməramlı təşkilatlara maliyyə dəstəyini ləğv edib

İsveç hökuməti sülhə və tərk-silaha tərəfdar olan vətəndaş cəmiyyəti təşkilatlarına qrantların təqdimatını ləğv edib.

2023-cü ildə 18 təşkilat arasında bölüşdürülən qrantların ümumi məbləği təqribən 2 milyon dollara bərabər olub.

Yüz ildir ki, İsveç təşkilatlarına maliyyə dəstəyi verilir. Ona görə də, qərar sərt tənqidə səbəb olub.

“Bu qərar tərk-silah, münaqişələrin qarşısının alınması və ya sülh yolu ilə aradan qaldırılması uğrunda çıxış edən təşkilatların fəaliyyətinə öz təsirini göstərəcək. Təşkilatların təxminən dörddəbiri işini dayandıracaq. Bu, pul baxımından çox böyük olmasa da, onun həcmini müdafiəyə qoyulan nəhəng sərmayələrlə müqayisə etsək, çox mühüm töhfə idi”, – deyə “İsveç dünyası” hərəkatının sədri Kerstin Berqeo bildirib.

Son xəbərlər
Digər xəbərlər