8 C
Baku
Friday, March 29, 2024

İsveç insanları COVID pasportu ilə “çipləməyə” başlayır

6000-dən çox İsveç vətəndaşı özünə COVID pasportu olan mikroçip quraşdırıb – implant dərialtına implantasiya edilir.

Banker.az xəbər verir ki, mikroçiplər özündə vətəndaşın peyvəndləri, habelə müqavilələr və səyahət vəsiqələri kimi məlumatları ehtiva edir.

İmplantlar “Epicenter” şirkəti tərəfindən hazırlanıb. Tərtibatçıların sözlərinə görə, mikroçiplərin implantasiyası proseduru tamamilə təhlükəsizdir. Bundan əlavə, zəruri hallarda onlar həmişə çıxarıla bilir.

“İmplantlar – çoxyönlü texnologiyadır və müxtəlif məqsədlərlə istifadə edilə bilər, o cümlədən COVID pasportunun həmişə üstünüzdə olmasının təmin etmək üçün”, – deyə “Epicenter”in baş direktoru Hannes Şoblad söyləyib.

İmplant istənilən oxuyucu cihazla oxuna bilən NFC (Near Field Communications) çipindən ibarətdir. Xatırladaq ki, Çində də mikroçiplərdən istifadə olunmağa başlayıb. Orada valideynlərə uşağını izləmək imkanı verən qurğular yaradılıb. Çiplənmiş geyim valideynlərə uşağın harada olduğu barədə məlumatları göndərir. Şagird təhlükəli vəziyyətdə olarsa, sistem valideynlərə və ya müəllimlərə siqnal göndərir.

Son xəbərlər
Digər xəbərlər