6 C
Baku
Saturday, December 14, 2024

İsveç iyulun 1-dən neft, qaz və kömür hasilatını qadağan edir

İsveç hökuməti ölkədə daş və qəhvəyi kömür, xam neft, həmçinin şist və təbii qazın hasilatına qadağa qoyacaq. Ölkə parlamentinin 1 iyun tarixli sərəncamına əsasən, qadağa düz bir ay sonra – 2022-ci ilin iyulun 1-dən qüvvəyə minəcək.

Banker.az bu barədə “İz.ru”ya istinadən xəbər verir.

“Parlament insanlara və ətraf mühitə mənfi təsir göstərən maddələrin hasilatı ilə bağlı yeni qaydalara razılıq verib”,- deyə mesajda bildirilir.

Bu tədbirlər İsveçdə ekoloji məcəlləyə və yerin təki haqqında qanuna dəyişikliklərin bir hissəsi kimi həyata keçirilib. Bundan əvvəl Almaniyanın iqtisadiyyat naziri və vitse-kansleri Robert Habek demişdi ki, ölkə şist qaz hasil etməyi planlaşdırmır, çünki bu, ətraf mühitə ziyan vuracaq.

Mayın 31-də Beynəlxalq Enerji Agentliyinin (BEA) icraçı direktoru Fatih Birol bildirib ki, yayda dünya neft bazarlarında çətinliklər və ola bilsin ki, Avropada dizel yanacağı və benzin qıtlığı yarana bilər. Birol vurğulayıb ki, Avropa təkcə xaricdən xam neft tədarükündən deyil, həm də neft məhsullarının idxalından asılıdır.

Son xəbərlər
Digər xəbərlər