28 C
Baku
Saturday, July 27, 2024

İsveç koronavirusla mübarizədən imtina etdi: “Bu virus insanlar üçün təhlükəsizdir!”

İsveç hökuməti virusun yayılmasının qarşısını almaq üçün heç bir tədbir görmür. Ölkənin baş naziri Stefan Löfven bildirir ki, ölkəyə girənlər üçün müəyyən yoxlanışlar həyata keçiriləcəkdir ki, bu prosedur sərhəddən keçmə müddətini bir qədər uzadacaq.

Banker.az xəbər verir ki, İsveç alimləri, digər ölkələrdəki həmkarlarının fikirlərinə zidd olaraq, koronavirusun insan üçün tamamilə təhlükəsiz olduğunu iddia edirlər. Onların sözlərinə görə, yoluxanlar arasında ölənlərin payı  2% təşkil edir ki, bu da çox aşağı göstəricidir.

Xatırladaq ki, indiyədək İsveçdə koronavirusa yoluxanların sayı 1000-dən çox olub, üç nəfər dünyasını dəyişib, bir nəfər isə sağalıb.

Polşa idmançısı İoanna Soltışak sosial şəbəkəsində insanları oradakı idman bazalarına dəvət edir. İdmançı qeyd edir ki, Polşada fəaliyyət göstərən ictimai yerlər karantinə alınmayıb və istəyən hər bir kəs onları ziyarət edə bilər.

Bəzi həkimlərin fikrincə, insanlar üçün virusun özü deyil, “qorxu virusu” təhlükəlidir.

İsveç hökumətinin haqlı və ya haqsız olduğunu zaman göstərəcək.

Son xəbərlər
Digər xəbərlər