26 C
Baku
Saturday, July 27, 2024

İsveç koronavirusun ikinci dalğası ilə bağlı proqnozunun səhv olduğunu qəbul etdi

İsveçin Xalq Sağlamlığı Agentliyi qonşu ölkələrdən fərqli olaraq, koronavirusun ikinci dalğasının inkişafına dair proqnozunu səhv hesab edir.

Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

Xatırladaq ki, daha əvvəl İsveç səlahiyyətliləri bu virusun təzə-təzə başladığı dövrdə əhəmiyyətli məhdudiyyətlərdən imtina etmək qərarını açıqlamışdılar. Onların ehtimalına görə, bu, kollektiv immunitetin formalaşmasına kömək etməli idi ki, bu da payız aylarında yoluxma sayı xeyli aşağı salacaq.

Ancaq təcrübədə hər şey fərqli oldu. “Financial Times”in verdiyi məlumata görə, hal-hazırda İsveçdə koronavirusla yoluxma halı ilə bağlı xəstəxanaya müraciət edənlərin sayı digər Avropa ölkələrindən daha sürətli böyüyür. Statistikaya görə, ölkənin paytaxtı Stokholmda hər beş nəfərdən birinin nəticəsi müsbət çıxır, bu isə ikinci dalğanın gözlənilən göstəricilərindən daha geniş yayıldığını göstərir.

İsveç qəbul edir: ölkədə yoluxma, xəstəxanaya yerləşdirmə və ölüm hallarının artması müşahidə olunur. “Biz yaz aylarında karantin tətbiq edən və bu məhdudiyyətləri yenidən sərtləşdirən bir çox Avropa ölkələrində də böyük artım olduğunu görürük. Deyəsən, payızda da eyni ssenari yaşanacaq. Bunun niyə baş verdiyini bilmirik”, – agentliyin əməkdaşı Sarah Bifors açıqlayıb.

“İsveçin strategiyası heyrətamiz uğursuzluğunu sübut edib. Dörd gün əvvəl yoluxma adambaşına Finlandiya ilə müqayisədə səkkiz dəfə, Norveçlə müqayisədə 3,5 dəfə çox olub. Və payız aylarında vəziyyətin daha pis olacağını gözləyirik”, – mütəxəssislərdən biri qeyd edib.

Hal-hazırda İsveçdə karantin rejimi ilə bağlı heç bir sərt məhdudiyyət yoxdur: məsələ, hökumət insanları maska taxmağa məcbur etmir və bütün qaydalar tövsiyə xarakterlidir.

Qeyd edək ki, Con Hopkins Universitetinin verdiyi məlumata görə, hazırda İsveçdə 166 707 nəfər koronavirusa yoluxub, onlardan 6 082 nəfər dünyasını dəyişib. Qonşu ölkələrdə vəziyyət daha yaxşıdır: Norveçdə – 26 511 və 285, Finlandiya – 18 345 və 365, Danimarka – 58 466 və 753.

Son xəbərlər
Digər xəbərlər