20 C
Baku
Saturday, September 28, 2024

İsveç məktəb layihəsi – Openspace

Müəllif: Kənan Kərimzadə

İsveçdə yeni məktəb layihəsi var, adı “OPENSPACE”.

Bu siniflərdə divar yoxdur. Məktəblilər istədikləri kimi hərəkət edə bilərlər. Bu məktəblər yerli təhsil sisteminin daha azad bir güzgüsüdür sanki. Deyilənə görə İsveç məktəblərində nə qədər çox bilməyin elə çox önəmi yoxdur, əsas odur ki təhsil prosesi əməkdaşlıq ruhuna dayansın.

Maraqlıdır ki, bizim təhsil sistemi rusların təcrübəsinə dayanır, onlar da Alman təhsil sistemindən faydalanıblar. Bu barədə iqtisadçı Elçin Rəşidov danışmışdı bir dəfə. Bizim təhsil sisteminin böyütdüyü yaxşı təhsilli insanlarda IQ yüksək olur, çox yaxşı test həll edə bilirik, suallara doğru cavablar tapa bilirik. Amma çatışmayan EQ (Emosional İntellektdir). Küçədə kiməsə yaxınlaşsan müsahibə üçün kameradan qorxacaq, qaçacaq, utanacaq və ya dili topuq vuracaq, danışa bilməyəcək. Məktəblər uşaqlar üçün özünü-ifadə məkanı olmalıdır, çox danışdırmaq lazımdır cavanları, imkan yaratmaq lazımdır ki sual versinlər, tənqid etsinlər bir-birilərini. Müzakirə mühitinin imkanları daralanda insanlar da özünə qapalı böyüyür, onlardan törəyənlər də evdə nə görürlərsə elə də yaşamağa davam edirlər.

Skandinaviya təhsil sisteminin uğurları barədə bir çoxumuz bilirik. OPENSPACE layihəsindən bəzi şəkillər.

Sweden-school-5sweden-school-4sweden-school-6sweden-school-8sweden-schoolsweden-school1sweden-school2sweden-school3sweden-school7
Son xəbərlər
Digər xəbərlər