19 C
Baku
Wednesday, October 16, 2024

İsveç nağd puldan imtina etmək niyyətindədir

İsveç hökuməti ölkədə nağd pulun istifadəsindən imtina etmək niyyətində olduğunu bildirib və milli valyuta – kronun rəqəmsal analoqunu inkişaf etdirməyə başlayıb.

“Bloomberg”ə istinadən verilən məlumata görə, ölkənin maliyyə naziri Per Bolund bu istiqamətdə 2022-ci ilin noyabr ayına qədər tamamlanmalı olan genişmiqyaslı işə başladığını bildirib. Nəticədə, ortaya rəqəmsal kronun çıxacağı gözlənilir.

İsveç hökuməti rəqəmsal valyutanın inkişafına ilk dəfə diqqət yetirmir. Belə ki, ölkənin Mərkəzi Bankı artıq “Accenture” beynəlxalq məsləhət şirkəti ilə birlikdə bunun üzərində müvafiq eksperimentlər aparır.

Qeyd edək ki, 2020-ci ildə İsveçdə nağd pul istifadəsi tarixdə ən aşağı səviyyələrə düşdü. Hazırda ölkədə nağd pul dövriyyəsinin payı cəmi 10% təşkil edir.

MənbəApa.az
Son xəbərlər
Digər xəbərlər