17 C
Baku
Saturday, November 26, 2022

İsveç NATO fonduna 923 min dollar köçürəcək

İsveç NATO-nun Terrorizmlə Mübarizə Fonduna 10 milyon kron (təxminən 923 min dollar) töhfə verəcək.

Bu barədə ölkə kanslerinin mətbuat xidməti məlumat yayıb.

“İsveçin terrorla mübarizə səyləri və NATO-ya üzvlük cəhdimizin bir hissəsi olaraq hökumət NATO-nun Terrorla Mübarizə Könüllü Milli Yardım Fonduna dəstək vermək qərarına gəlib. İsveç 10 milyon kron köçürəcək. Qrant beynəlxalq ictimaiyyətin terrorizmlə mübarizəsində NATO-nun rolunu dəstəkləmək və gücləndirmək məqsədi daşıyır”, – deyə məlumatda bildirilib.

Qeyd edək ki, pul köçürməsilə bağlı bəyanat İsveçin baş naziri Ulf Kristerssonun Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü ərəfəsində verilib.

Son xəbərlər
Digər xəbərlər
X