İsveçin Ədliyyə Nazirliyinin nümayəndə heyəti bu həftə Türkiyəyə səfər edəcək.
Görüş zamanı İsveçin NATO-ya üzvlüyü müzakirə olunacaq.
Eyni zamanda İsveçdəki terrorçuların Türkiyəyə qaytarılması barədə də fikir mübadiləsi aparılacaq.
Xatırladaq ki, iyun ayında Madriddə əldə olunan razılığa əsasən İsveç və Finlandiya himayə etdiyi terrorçuları Türkiyəyə qaytaracağı təqdirdə Ankara bu dövlətlərin Alyansa üzvlüyünü təsdiqləməlidir.