10 C
Baku
Thursday, December 12, 2024

İsveç rəqəmsal milli valyuta yaratmağı planlaşdırır

İsveç bankı (Riksbank) ölkə əhalisinin nağd pullardan getdikcə daha az istifadə etməsi səbəbindən rəqəmsal milli valyutanın buraxılması imkanlarını müzakirə edir. Bu haqda məlumatı 16 noyabr tarixində The Wall Street Journal qəzeti dərc etdi.

Riksbankın sədr müavini Cecilia Skingsley bildirib ki, bu halda dövlət yeni ödəniş sistemlərinin tətbiq edilməsi barədə düşünməlidir. “İsveç əhalisi banknot və qəpiklərdən nə qədər az istifadə edirlərsə, Riksbank bir o qədər aydın şəkildə anlamalıdır ki, artıq mövcud olan valyutaya əlavə olaraq rəqəmsal milli vayutanın buraxılması ilə nə qədər ciddi məşğul olmalıdır” – deyə o bildirib.

İndi isveç tənzimləyici bu təşəbbüs ilə əlaqəli olan texnoloji, hüquqi və iqtisadi çətinlikləri təyin etməlidir.

Cari ilin avqust ayında beynəlxalq banklar  – UBS, Deutsche Bank, Santander, Bank of New York Mellon və ICAP yeni rəqəmsal valyutanın yaradılması barədə məlumat verdilər. Bu sistem pul köçürülməsinin həyata keçirilməsini gözləmədən qiymətli kağızlar üzrə hesablaşmağa imkan verəcək. Onlar müqavilələri rəqəmsal valyuta ilə həyata keçirəcək, daha sonradan isə həmin rəqəmsal pulları Mərkəzi banklarda ənənəvi pullara konvertasiya edəcəklər.

Son xəbərlər
Digər xəbərlər